Ud çalğı aləti Azərbaycan qaynaqlarında : tədqiqat və lüğət

Nəcəfzadə, Abbasqulu, professor, 1957 - ,

Ud çalğı aləti Azərbaycan qaynaqlarında : tədqiqat və lüğət / Abbasqulu Nəcəfzadə - 160 səhifə ; 21 sm.

Kitab Azərbaycanın müasir alətşünaslıq elminin bünövrəsini qoymuş unudulmaz alim, sənətkar, görkəmli orqanoloq Səadət Abdullayevanın (1940-2017)
əziz xatirəsinə ithaf olunur.

Biblioqrafiya: səh. 143-149

Kitabda arxeoloji, ədəbi, linqvistik, etnoqrafik və miniatür mənbələr, habelə nəzəri-sənətşünaslıq ədəbiyyatı əsasında Azərbaycan musiqi mədəniyyəti və folklorunun inkişafında böyük rol oynamış ud alətinin keçdiyi çox uzun tarixi yol izlənilir. Udun yaranma tarixi, etimologiyası, morfoloji xüsusiyyətləri araşdırılır. Burada Azərbaycanın müxtəlif dövrlərdə yaşamış, görkəmli və virtuoz ifaçılarından da geniş söz açılır. Kitabın sonunda "Ud çalğı aləti ilə bağlı musiqi lüğəti” bölümü verilir.


Kitab əsasən ud ifaçıları və musiqişünaslar üçün nəzərdə tutulsa da, ondan folklorşünas və ədəbiyyatşünaslarla yanaşı, mədəniyyət və incəsənətin digər sahələrində fəaliyyət göstərən araşdırıcılar, musiqi müəllimləri, instrumentalçılar, vokal ifaçıları, tələbələr, habelə bütün musiqisevərlər və geniş oxucu kütləsi faydalana bilərlər.

9789952475081


Musiqi alətləri


Tədqiqat və lüğət

ML1015 .Ou2 .N1451 2019