Azərbaycan yallıları : dərs vəsaiti

Bəhmənli, Rauf, 1967 - ,

Azərbaycan yallıları : dərs vəsaiti / Rauf Bəhmənli - 140 səhifə ; 27 sm.

Biblioqrafiya: səh.135

Rauf Bəhmənlinin uzun illər apardığı tədqiqat nəticəsində ərsəyə gəlmiş bu məcmuədə Azərbaycanın müxtəlif bölgələrindən toplanmış 90 adda Yallı rəqsinin not yazısı işıqlandırılmışdır. Onlardan 20-i bir hissəli, 66-ı iki hissəli, 4-ü isə üç hissəli yallılardır. Məcmuədə "Ürfanı”, “Gopu", “Dönə”, “Qazı-qazı”, “Köçəri”, “Tənzərə”, “Qənimo", "Xələfi", "Tello", "Nare", "Çöp-çöpü", "Hoynare" kimi tanınmış yallılarla yanaşı “Havarı", "Dərviş baba", "Oravan", "Dizdən qırma", “Paşa köçdü", "Gülü basma", "Ala gülbəngi”, “Ağbulaq", "Ulu yurd", "Ağbaba", "Məzrə", "Göyçə", "Hacı Nəzər", "Papılı", "Qalaça", "Yellicə", "İstibulaq" kimi ilk dəfə eşitdiyimiz yallı havaları da öz əksini tapmışdır.

Musiqişünaslar və tələbələr üçün


Yallı--Azərbaycan


Dərsliklər

GV1703 .A9 .B1479 .Y12 2018