Əsərləri : Altı cilddə II cild

Füzuli, Məhəmməd, şair, mütəfəkkir və filosof, 1494-1556,

Əsərləri : Altı cilddə II cild / Məhəmməd Füzuli ; tərtib edəni Həmid Araslı ; redaktoru Teymur Kərimli ; buraxılışa məsul Əziz Güləliyev ; texniki redaktor Rövşən Ağayev ; tərtibatçı-rəssam Nərgiz Əliyeva ; kompüter səhifələyicisi Rəvan Mürsəlov ; korrektor Pərvanə Məmmədova - Təkrar nəşr - 335, [1] səhifə ; 22 sm. - Klassik Azərbaycan ədəbiyyatı . - Klassik Azərbaycan ədəbiyyatı .

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə nəşr olunur və ölkə kitabxanalarına hədiyyə edilir. Bu kitab "Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. II cild" (Bakı, "Azərbaycan" nəşriyyatı, 1996) nəşri əsasında təkrar nəşrə hazırlanmışdır. Lüğət : s. 311-334.

Leyli və Məcnun -- Bəngü Badə -- Söhbət ül-əsmar -- Müəmmalar -- Hədisi-ərbəin -- Şikayətnamə -- Məktublar .

Orta əsrlər Azərbaycan dilində yüksələn şerin ən uca zirvəsi Füzuli yaradıcılığıdır. Yalnız Azərbaycan xalqının deyil, bütün türk xalqlarının ədəbiyyatına Nəvaidən sonra qüvvətli təsir göstərmiş bu ən böyük sənətkar doğma dilin elə imkanlarını kəşf etmişdir ki, ondan sonra ədəbiyyatımızda fars və ərəb dillərində yazıb-yaratmağa bir ehtiyac qalmamışdır. Azərbaycan şeir dilinin müdrik, qanadı və ibrətli poeziya səviyyəsinə yüksəlməsi üçün tarixi iş görmüş Füzuli ana dilində yaratdığı əsərləri ilə türkcəni də Şərqdə hakim dil səviyyəsinə qaldırmışdır.
Duyğu dünyasının sonsuz çalarlarını yaşaya-yaşaya onun türk dilindəki bənzərsiz ifadəsini üzə çıxarmış Füzulinin "Leyli və Məcnun"u - eşq haqqında dastan deyil, eşq məqamına yüksələn, məcnunlaşan şerin özüdür. Bu mövzu şerimizdə Füzuli ilə başlamayıb, amma Füzuli ilə qurtarıbdı. Ölməz bəstəkarımız Üzeyir Hacıbəyli 1908-ci ildə yaratdığı ilk Azərbaycan operasını məhz bu poema üzərində qurmuşdur.
Füzuli əsərlərinin təqdim olunan ikinci cildində Şərqin bu ən səmimi, ən həssas şairinin "Leyli və Məcnun"undan başqa alleqorik poemalarından "Bəngü Badə", "Söhbət ül-əsmar", eləcə də ana dilində yazdığı digər əsərləri -müəmmaları, məşhur şikayətnaməsi, məktubları və Ə.Camidən bədii tərcüməsi -"Hədisi-ərbəin" toplanmışdır.

9952418512


Bədii ədəbiyyat--Azərbaycan ədəbiyyatı--15-16-cı əsr.

PL314 .F9899 .W89256 2005