Əsərləri : Altı cilddə III cild

Füzuli, Məhəmməd, şair, mütəfəkkir və filosof, 1494-1556,

Əsərləri : Altı cilddə III cild / Məhəmməd Füzuli ; tərtib edəni Həmid Araslı ; redaktoru Teymur Kərimli ; buraxılışa məsul Əziz Güləliyev ; texniki redaktor Rövşən Ağayev ; tərtibatçı-rəssam Nərgiz Əliyeva ; kompüter səhifələyicisi Rəvan Mürsəlov ; korrektor Pərvanə Məmmədova - Təkrar nəşr - 469, [3] səhifə ; 22 sm. - Klassik Azərbaycan ədəbiyyatı . - Klassik Azərbaycan ədəbiyyatı .

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə nəşr olunur və ölkə kitabxanalarına hədiyyə edilir. Bu kitab "Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. III cild" (Bakı, Azərbaycan nəşriyyatı, 1996) nəşri əsasında təkrar nəşrə hazırlanmışdır. Sətiraltı qeyd.

Füzulinin farsca "Divan"ın haqqında (Həmid Araslı) -- Farsca "Divan"ın dibaçəsi -- Qəzəllər -- Qitələr -- Rübailər

Azərbaycan şerinin ölməz nümunələrini yaradaraq türk dilinin nəyə qadir olduğunu göstərən, beləcə tarix içində mənəvi mənliyimizə dilimizin, mə-nəviyyatımızın əbədi və canlı heykəlinə çevrilən Füzuli eyni zamanda ərəb və fars dillərinə biganə qalmamış, bu dillərdə də ərəb, fars şairlərinin yarat-dığı nümunələr səviyyəsində dayanan müxtəlif janrlı əsərlər meydana gətirmişdir. Ana dilində bağladığı "Divan" həcmində həmçinin farsca "Divan" yazan şair özünün qəlb aləmindən xəbər verən bu lirik şeirlərdə də oxucusunu bədii sözün qüdrətilə sehrləyib düşünməyə, öz mənliyini, varlıq alə-mini, həyat gözəlliklərini dərk etməyə çağırır. Xalq hikməti və xalq zəkasının qüdrətilə aşılanmış bu son dərəcə bədii, səmimi, misilsiz könül nəğmələrini oxuyan və ya dinləyən hər kəs ürəyində bir saflıq, xeyirxahlıq, həyata məhəbbət, insana ehtiram duyğularının qüvvətləndiyini hiss edir. Burada aşiq Füzuli ilə mütəfəkkir Füzuli yenə bir vəhdət halındadır. Böyük fikirlər burada yenə Füzulinin aşiqanə deyilmiş sözlərindədir.

9952418598


Bədii ədəbiyyat--Azərbaycan ədəbiyyatı--15-16-cı əsr.



PL314 .F9899 .W89256 2005