Azərbaycan teatr tarixi

Rəhimli, İlham, sənətşünaslıq doktoru, professor ; 1941 - ; müəllif

Azərbaycan teatr tarixi / İlham Rəhimli - 496 səhifə ; şəkilli ; 24.5 sm.

Biblioqrafiya: səh. 482 - 493

I Bölmə. Milli "oyun" mədəniyyəti -- Meydan teatrı -- Şəbih tamaşaları -- "Kilimarası": Bəbək. İpdəoyuq. Kosagəlin -- II Bölmə. Peşəkar teatrın təşəkkülü və inkişaf mərhələləri -- Musiqili teatrların təşəkkülü -- Musiqili teatrın yaradıcıları -- Şəkillərdə əbədiləşən tarix

Sənətşünaslıq doktoru, professor İlham Rəhimlinin "Azərbaycan teatr tarixi" fundamental tədqiqi əsəri 5 cilddən ibarətdir. Alimin bu əsərlərində Azərbaycan milli teatr tarixi min-min illər əvvəllərdən mövcud olan xalq oyun-tamaşalrından, meydan teatrından başlayaraq günümzə qədər olan dövrü əhatə edilib. Azərbaycan teatrşünalığında peşəkar səhnə sənətimizin bütün tarixi mərhələləri - təşəkkülü, inkişaf tarixi, əsas yaradıcılıq mərhələləri, bədii-estetik səciyyələri, poetikasının əsasları, janr üslub müxtəlifliyi ilk dəfə konseptual şəkildə, elmi-nəzəri prinsiplərlə, xronoloji ardıcıllıqla araşdırılıb.
Birinci cilddə müxtəlif milli xalq oyun-tamaşalarının, meydan teatrının, şəbih teatrının, kilimarasının əsasları verilib. Milli peşəkar teatrımız 1873-cü il martın 10-da Bakıda təşəkkül tapıb. Bunun ardınca Tiflisdə, İrəvanda, Şuşada, Şamaxıda, Naxçıvanda, Şəkidə, Aşqabadda, Təbrizdə, eləcə də Azərbaycanın müxtəlif rayonlarnda teatrların yaranışı və təşəkkül yolu başlayıb. Bu cilddə müxtəlif məkanlarda teatr prosesinin dövlət təsisatına qədər olan dövrü tədqiq və təhlil olunub. Milli opera və operetta janrlarının yarnması və ilkin inkişaf dövrü də brinci cilddə verilib.


Ümumi oxucu kütləsi

9789952517132


Teatrşünaslıq


elmi-publisistik

PN2859 .A9 .R1293 .T3408 2017