Elektronika 2-ci hissə :(Elektron qurğular)

Hümbətov, R.T

Elektronika 2-ci hissə :(Elektron qurğular) / R.T.Hümbətov ; rəy verənlər M.B.Namazov, İ.M.İsmayılov ; redaktor A.M.Əliyev - 2-ci hissə - 284 səhifə ; şəkilli, 20 sm.

Ədəbiyyat: s. 287-291

Giriş -- Elektron açar sxemləri -- 2. Elektron məntiq elementləri -- 3. Elektrik siqnallarını gücləndirən qurğular -- 4. Harmonik rəqs generatorları -- 5. İmpuls siqnallı generatorlar -- 6. Rəqəmli elektron və mikroelektron qurğular -- 7. Siqnal formalaşdırıcıları və analoq-rəqəm çevirici qurğular -- 8. Elektrik enerjisini çevirən, tənzimləyən və stabilləşdirən elektron qurğular-ikinci qida mənbələri.

Dərs vəsaitində yarımkeçirici cihazlarda və inteqral mikrosxemlərdə yığılmış, analoq və impulsşəkilli siqnallar üzərində müxtəlif çevirmələr aparan elektron qurğularının: açarların, məntiq elementlərinin, gücləndiricilərin, generatorların, sayğacların, registrlərin, kod çeviricilərinin, siqnal formalaşdırıcılarının, düzləndiricilərin, hamarlayıcı süzgəclərin, stabilizatorların və s. təsnifatı verilir, onların prinsipial və ekvivalent sxemləri araşdırılır, iş prinsipləri şərh edilir, əsas parametrləri xarakterik xüsusiyyətləri və təyinatları haqqında məlumat verilir.

Vəsait ali texniki məktəblərin və texnikumların elektronika, avtomatlaşdırma, telekommunikasiya, radiotexnika, cihazqayırma və elektroenergetika yönümlü ixtisasları üzrə təhsil alan tələbələri üçün nəzərdə tutulmuşdur. Vəsaitdən həm də idarəetmə və elektronika sahəsində çalışan mütəxəssislər də faydalana bilərlər.


Mühəndislik


Dərslik

TK7819 .H8811 2010 v.2