Azərbaycan nağılları : Beş cilddə IV cild

Azərbaycan nağılları : Beş cilddə IV cild / Tərtib edəni Əhliman Axundov ; redaktoru Bəhlul Abdulla ; buraxılışa məsul Əziz Güləliyev ; texniki redaktor Rövşən Ağayev ; tərtibatçı rəssam Nərgiz Əliyeva ; kompüter səhifələyicisi Aslan Almasov ; korrektor Ceyran Abbasova - Təkrar nəşr. - 336 səhifə ; 21 sm. - Azərbaycan xalq ədəbiyyatı . - Azərbaycan xalq ədəbiyyatı. .

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə nəşr olunur və ölkə kitabxanalarına hədiyyə edilir. Bu kitab "Azərbaycan nağılları. Beş cilddə" (Bakı, Azərbaycan Elmlər Akademiyası nəşriyyatı, III cild-1962, V cild-1964) nəşrləri əsasında təkrar nəşrə hazırlanmışdır. Lüğət : s. 332-333. Qeydlər : s. 330-331.

Şems-Qəmər -- Tapdıq -- Altı yoldaş -- Həsən Qaranın nağılı -- Yetim İbrahim və sövdəgər -- Ləlin nağılı -- Bacı və qardaş -- Tələtin nağılı -- Quru kəllə -- Reyhanın nağılı -- Keçəl -- Quş dili bilən İsgəndər -- Tacir oğlu -- Padşah oğlu -- Məlikməmməd -- Barxudarın nağılı -- Qara at --Əhmədi Çekkaş -- Üç qardaş -- Balıqlar padşahı ilə Yaqub -- Əlimə su tök -- Hacının qızı -- Güloğlan -- Əmir ilə şah qızı -- Yoxsul qocaynan vəzir --Tülkü baba və hacıleylək -- Hiyləgər keçi -- Yaxşılığa yaxşılıq -- Çil madyan -- Loğmanla şəyirdi -- Çıraxlı İsa -- Yanığın nağılı -- Bostançı və Şah Abbas -- Pəri xanımın nağılı -- Ağ atlı oğlan -- Daşdəmirin nağılı -- Qeydlər -- Nağıllar haqqında məlumat .

"Azərbaycan nağılları"nın bu cildində yer alan nümunələr janrın bütün əlvanlığını özündə toplayır. Onlar da fantaziya zənginliyi, ardıcıllıq, məntiqilik və təcrübə aparmaq vərdişi aşılayır, oxucusunu gördüyünün əsiri olmaqdan qurtarır. Bir həqiqətdir ki, məlum qanunlar çərçivəsinə sığmayan, gözlənil-məz yenilik nağılla tərbiyə olunmamış beyinlərin narahatlığına səbəb olur. Yalnız nağılla tərbiyə olunmuş ağıldan işıq doğulur. Yalnız nağılla tərbiyən-lənmiş beyin hər cür yeniliyə ürəkdən qol aça bilir. Ən böyük yenilikləri ancaq nağıla bənzətmək olar.
Cilddə toplanan nağılların da başladığı "Biri vardı, biri yoxdu" kəlamına gəlincə o, bütün zamanlara aid hadisələr arasındakı uyğunluğun, vəhdətin ifa-dəsidir. Nağılvari təfəkkürün ölməzliyi elə bundadır. Həmin nağılvari təfək-kür ki, onda bir müdriklik də var, dünya daim dəyişir, lakin dövrlər arasında fərq olduğu kimi daxili bağlılıq da mövcuddur, bir əsr digərinə bənzəmədiyi kimi hər dövr də bəşər tarixinin bir parçasıdır.

9952418768


Azərbaycan folkloru--Nağıllar.


Nağıllar.

PL314 .Z611 .T1344 2005