Qafulov, Aqil, dosent, 1965 - ,

Aqşin Əlizadənin xor əsərləri : dərs vəsaiti / Aqil Qafulov - 103 səhifə ; 21 sm.

Biblioqrafiya: səh.101-102

İzahat vərəqəsi -- Aqşin Əlizadənin xor yaradıcılığı -- "Bayatılar" -- "Azərilər" kantatası -- "Təntənə" odası -- "Qədim laylay" -- Aqşin Əlizadənin xor yazı üslubunun xüsusiyyətləri -- 1.Xor əsərlərinin ritmik quruluşu -- 1.Xor əsərlərinin melodik quruluşu -- 1.Xor əsərlərinin mətninın quruluşu

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının bakalavriat və magistratura pillələrində "xor dirijoru" ixtisası üzrə təhsil alan tələbələr tədris prosesində bir sıra xor əsərlərini öyrənirlər. Onların ixtisas fənni üzrə tədris proqramında Azərbaycan bəstəkarlarının yaratdığı həm iri həcmli əsərlər, həm miniatür xor əsərləri, həm vokal-instrumnetal janrları, həm də müşayiətsiz (a capella) nümunələr mühüm yer tutur.
İxtisas sinfində bu əsərlərin öyrənilməsi olduqca vacib və zəruridir, belə ki, "xor dirijoru" ixtisası üzrə təhsil alan gənc musiqiçilərin dirijor kimi hansı sahədə fəaliyyət göstərməsindən asılı olmayaraq, onlar rəngarəng repertuarını bilməlidirlər. İstər böyük xor kollektivləri olsun, istərsə də orta məktəblərdə fəaliyyət göstərən yaxud da özfəaliyyət kimi yaradılmış xorlar olsun xormeysterin bu kollektivlərlə çalışması yalnız o zaman yaxşı nəticə verə bilər ki, o, hələ təhsil illərində müxtəlif səpgili xor əsərlərini öyrənməklə zəngin bir təcrübə əldə etmiş olsun.
Gənc xormeysterin tələbəlik illərində mükəmməl oyrəndiyi xor əsərlərinin hamısı sonradan onun repertuarına daxil olmaya da bilər. Lakin həmin əsərlər üzərində iş prosesində, bunların təhlili və öyrənilməsində əldə olunmuş təcrübə, xor üçün nəzərdə tutulmuş başqa əsərlərin öyrənilməsi prosesinda dirijorun kömyǝinə çatacaqdır.
Bu dərs vəsaiti Azərbaycan musiqisində mühüm yerlərdən birini tutan, milli simfonizmə, kamera yaradıcılığına, eləcə də xor musiqisinə gözəl töhfələr vermiş görkəmli sənətkar Aqşin Əlizadənin bir neçə xər əsərinə həsr edilmişdir.
A.Əlizadənin xor əsərlərində bəstəkarın dəst-xəttinin mühüm cəhətləri öz əksini tapmışdır. Onun xor yazısı özlüyündə olduqca parlaq və özünəməxsusluğu ilə seçilir.
Dərs vəsaitində təhlil edilən əsərlər tələbələrdə A.Əlizadənin həm ümumilikdə üslubu haqqında təsəvvür yaradır, həm də onun xor yazısının başlıca xüsusiyyətlərini üzə çıxarır, həm də konkret olaraq buraya daxil olan əsərlərin özünəxas cəhətləri barədə dolğun məlumat təqdim edir.

Dirijorluq ixtisası üzrə təhsil alan tələbələr üçün


Əlizadə, Aqşin, 1937 - 2014.


Xor musiqisi


Dərsliklər

MT875 .G12 .Ag88 2015