Mustafayeva, Tahirə,

Azərbaycanda milli violonçel sənətinin yaranmasına dair : dərs vəsaiti / Tahirə Mustafayeva - 109 səhifə ; 21 sm.

Biblioqrafiya: səh.96-101, arxiv materialları: səh.105, saytoqrafiya: səh.106-108, notoqrafiya: səh.108

Azərbaycanda xarici violonçel ixtisaslı mütəxəssislərin milli violonçel məktəbinin inkişafında rolu -- Azərbaycan musiqi mədəniyyətində violonçel alətinin tətbiqi və onun inkişaf yolları -- Milli violonçel ifaçılıq məktəbinə professor Sabir Əliyev tərəfindən təməli qoyulan töhfə -- Nəzmiyyə Abbaszadə Azərbaycan milli violonçel məktəbinin inkişafında qadın ifaçıları simasında

Təqdim edilən kitab Azərbaycan milli musiqisində özünəməxsus yeri olan violonçel ifaçılıq sənətinin təşəkkülünə həsr olunubdur. Akademik Azərbaycan musiqisində Ü.Hacıbəylinin səyləri nəticəsində formalaşmağa başlayan violonçel ifaçılıq mədəniyyətinin inkişafında dahi sənətkarın Bakıya dəvət etdiyi Qərbi Avropa və rus musiqi ifaçıları böyük rol oynamışlar. XX əsr ərzində bir neçə nəsil violonçel ifaçıları ərsiyə gəlib və milli ifaçılıq ənənələrini yaradıblar.
Milli violonçel sənəti həmin dövrdən başlayaraq tədricən öz təşəkkülünü Leopold Vitoldoviç Rostropoviçin, Mstislav Rostropoviçin və Sabir Əliyevin violonçel ifaçılığı sahəsində tapmışdır.
Kitabda ilk dəfə simli, yaylı musiqi alətləri sırasına daxil edilən Qərbi Avropa musiqi aləti violonçelin və Azərbaycan milli violonçel sənətinin yaranması, tarixi inkişaf prosesi izlənilir.

Musiqişünaslar və tələbələr üçün




Violonçel sənəti


Dərsliklər

ML910 .M9781 .V814 2019