I Fəsil. Musiqi mədəniyyətinə dini mövzuların təsiri və tətbiqi məsələləri -- II Fəsil. Azərbaycan bəstəkarlarının yaradıcılığında dini musiqinin tətbiqi xüsusiyyətləri -- III Fəsil. Müasir dövrdə Azərbaycan bəstəkarlarının dini mövzulara müraciəti
Ali və orta ixtisas musiqi məktəbləri üçün nəzərdə tutulmuş bu dərs vəsaiti dövlət müstəqilliyinin bərpasından sonra musiqişünaslıq elmimizdə əmələ gəlmiş yeni istiqamətlərdən birinin bəhrəsidir. Yetmiş illik bir dövrdə hakim ateist ideologiyanın güclü təzyiqlərinə baxmayaraq, dini əqidə və dünyagörüş xalqımızın həyat və məişətindən, adət və ənənələrindən çıxarılmış, lakin musiqinin tədqiqi və tədrisi sahələrində müəyyən bir boşluq meydana çıxmışdır. Bu baxımdan son zamanlarda sərbəst şəkildə araşdırılmağa başlamış dini musiqi təzahürlərinin tələbələrə öyrədilməsi gündəmə gəlmişdir. "Azərbaycan bəstəkarlarının yaradıcılığında dini musiqi" adlı dərs vəsaiti həmin istiqamətdə atılmış ilk uğurlu addımlardan biridir. Kitabın üç böyük hissəsi onun müəllifi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rövşanə Kərimovanın öz elmi tədqiqatlarının əsasında yaradılmışdır; "Dini mövzuların musiqi mədəniyyətində təsiri və tədbiqi məsələləri" (1), “Azərbaycan bəstəkarlarının yaradıcılığında dini musiqinin tətbiqi xüsusiyyətləri (2), və “Müasir dövrdə Azərbaycan bəstəkarlarının dini mövzulara müraciəti" (3). Dərs vəsaiti göstərilən askpektlərin məntiqi sırası və hərtərəfli şəkildə açıqlanması ilə diqqəti cəlb edir.