Azərbaycanda etnomusiqişünaslığın yaranmasının tarixi zəmini -- XX əsrin I yarısında Azərbaycan Dövlət Konservatoriyasında etnomusiqişünaslığın təşəkkülü -- XX əsrin II yarısında etnomusiqişünaslığın inkişaf yolları
Kitabda Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında etnomusiqişünaslığın inkişaf yolları İşıqlandırılmışdır. Azərbaycanlı müəlliflərlə yanaşı, Rusiya, Qazaxıstan, Türkiyə, Tacikistan və Özbəkistanın bir sıra etnomusiqişünas alimlərinin məqalələri toplanmışdır. Burada, həmçinin, Bakı Musiqi Akademiyasının əməkdaşlarının çap olunmuş kitablarının, metodik tövsiyələrinin, dissertasiya işlərinin siyahısı və "Tarixin canlı səsləri" audionəşri öz əksini tapmışdır.
Kitab musiqişünaslar, etnomusiqişünaslar, tələbələr və musiqi həvəskarları üçün nəzərdə tutulmuşdur.