İzahlı muğam lüğəti / ideyanın müəllifi, tərtibçi və elmi redaktor: Tariyel Məmmədov - 117 səhifə ; 24.5 sm.

Məlumdur ki, hər bir xalqın mədəniyyətinin inkişaf səviyyəsi onun tarixinin, soykökünün, mədəni irsinin qayğıkeşliklə qorunmasıdır. Muğamlarımız isə bizim və nəinki bizim, dünyanın mənəvi dəyərlər sisteminin ən nadir incilərindəndir və onun qorunub gələcək nəsillərə çatdırılması bizim mənəvi borcumuzdur. Bizim təqdim etdiyimiz növbəti muğam layihəsinin ali missiyası da məhz bundan ibarətdir.
"İzahlı musiqi lüğəti" iki hissədən ibarətdir. I hissə muğam terminlərinin şərhinə həsr olunmuşdur. II hissə isə "Azərbaycan muğamı kolleksiya" adlanır. Burada muğamın bütün janrları, növləri, nümunələri toplanmışdır.

Təqdim olunan lüğət ilk növbədə orta təhsil məktəblərinin yuxarı sinif şagirdləri, ali məktəb tələbələri, musiqi məktəblərinin müəllimləri və elm xadimləri üçün nəzərdə tutulmuşdur. Lakin biz ümid edirik ki, bu layihə təkcə dinləyici auditoriyası tərəfindən deyil, həm vətənimizdə, həm də onun hüdudlarından kənarda milli musiqimizin təəssübkeşliyini çəkən hər bir kəs tərəfindən maraqla qəbul ediləcəkdir.


9789952484236


Lüğət


Dərsliklər

ML102 .M891 .D5614 2013