TY - BOOK AU - Babayev,Elxan AU - Nayır,Aynur AU - Abdullazadə,Gülnaz AU - Seyidova,Səadət TI - Azərbaycan muğamının nəzəri əsasları: : dərs vəsaiti AV - ML3758 .A9 .B112 .M891 2018 PY - 2018/// CY - Bakı PB - MTM İnnovation MMC, KW - AZ-XaKU KW - Muğam KW - Azərbaycan KW - Dərsliklər N1 - I Fəsil. Əruz vəzninin bəhrləri, onların muğam və xalq musiqisinin ritmikasına təsiri -- II Fəsil. Muğam monodiyasının ritmikası -- III Fəsil. Dəstgah hissələrinin ritmik təşkili -- IV Fəsil. Aşıq musiqisinin bəzi ritmik xüsusiyyətləri, onların dəstgah hissələrinin ritmikası ilə əlaqəsi; Bu kitab, bir dərslik və dərs vəsaiti kimi də orta və ali məktəblərimizdə tədbiq olunmaq üçün də nəzərdə tutulmuşdur. Ümid edirik ki, "Azərbaycan muğamının nəzəri əsasları” kitabı tədqiqatçılarla yanaşı geniş oxucu kütləsinin də rəğbətini qazanacaqdır N2 - "Azərbaycan muğamının nəzəri əsasları" kitabında muğam dəstgahlarının intonasiya və ritmintonasiya problemləri öz həllini tapmışdır. Müəllif burada əruz vəzninin bəhrləri, onların muğam və xalq musiqisinin ritmikasına təsirindən və hər muğama aid olan hansı bəhrlərin yaxın olması haqqında dəyərli fikirləriylə oxucu ilə bölüşür. Muğam monodiyasının ritmikasına həsr olunmuş bütöv bir fəsildə monodiyanın ritmintonasiya quruluşu, muğam guşələrinin özək mövzusu, reçitativ və avazatın intonasiya xüsusiyyətlərindən bəhs edir. Maraqlı fəsillərdən biri də zərbli muğamlara həsr olunan bölümdür ki, burada zərbli muğamların metroritmik xüsusiyyətləri tədqiq olunur. Digər tərəfdən, muğamlarda intonasiya problemlərini tədqiq edən alim, intonasiyanın, ritmintonasiyanın inkişaf prinsiplərini möhkəm dəlillərlə göstərir. Kitabda lad nəzəriyyəsinə həsr olunmuş məqalədə müəllifin çox qiymətli fikirlərinə rast gəlirik. E.Babayev muğamlardan danışarkən, aşıq musiqisini də araşdırır və onun ritmik xüsusiyyətlərini dəstgah hissələrinin ritmikası ilə əlaqələndirir. Daha sonra muğamın ladintonasiyasının aşıq sənəti və xalq musiqi janrlarıyla qarşılıqlı əlaqələrini araşdıran alim, maraqlı nəticələrə gəlir. Kitabda bütün bu elmi mülahizələr tutarlı misallar və cədvəllərlə öz təsdiqini tapır. Ümumiyyətlə “Azərbaycan muğamının nəzəri əsasları" kitabı muğam sənətinin araşdırılması yolunda aparılan tədqiqatlar üçün çox lazımlı və dəyərli bir elmi vasitədir. ER -