Xanəndə ixtisasının tədris metodikası : dərs vəsaiti
/ Bəyimxanım Vəliyeva
- 148 səhifə ; şəkilli ; 21 sm.
Üz qabığındakı rəsm əsəri qızım Aylin Vəliyevaya məxsusdur.
Biblioqrafiya: səh.144, saytoqrafiya: səh.144
Mövzu 1. "İxtisasın tədris metodikası" fənninə giriş -- Mövzu 2. Muğamların ifa tərzi -- Mövzu 3. Qarabağ xanəndəlik sənətinin inkişaf tarixinə dair -- Mövzu 4. Bakı (Abşeron) xanəndələrinin ifaçılıq xüsusiyyətləri -- Mövzu 5. Şamaxı (Şirvan) xanəndələrinin üslub özəllikləri -- Mövzu 6. Muğam ifasında poetik mətnin rolu -- Mövzu 7. Muğam dəstgahlarının tədrisi məsələləri: "Segah" muğam ailəsinə daxil olan muğamların timsalında -- Mövzu 8. "Zabul Segah" muğam dəstgahının tədrisi -- Mövzu 9. "Mirzə Hüseyn Segahı" muğam dəstgahınin tədrisi -- Mövzu 10. "Xaric segah" muğam dəstgahının tədrisi -- Mövzu 11. "Mahur-Hindi" muğam dəstgahının tədrisi -- Mövzu 12. Zərbi-muğamlar və şikəstələrin tədrisi
Metodik vəsaitdə xanəndəlik sənətinin tədrisi məsələləri araşdırılmış, muğam sənətinin ustad-şagird yolu ilə öyrədilmə üsullarına diqqət yetirilmişdir. XIX əsrdə Azərbaycanın müxtəlif bölgələrində mövcud olmuş ədəbi-musiqi məclisləri, muğamı tədris edən dini məktəblərin təcrübəsi və ənənələri, bunlarla bahəm bir sıra muğam dəstgahların, zərbi-muğamların tədrisi məsələləri nəzərdən keçirilmiş, habelə ustad sənətkarlar haqqında vacib məlumatlar öz əksini tapmışdır.
Vəsait ali musiqi məktəblərinin xanəndəlik sinfində tədris olunan "İxtisasın tədris metodikası” fənni üçün nəzərdə tutulub.