Atam Məmməd Sadıx Əfəndiyev və anam Müsalət xanım Quliyevanın əziz xatirəsinə ithaf edirəm.
Bəstəkarlarımızın, musiqişünaslarımızın, ifaçılarımızın portretləri -- Həyatımızın musiqi səhifələri -- Publisistika və tənqid
Kitabda Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor, musiqişünas alim İmruz Məmməd Sadıx qızı Əfəndiyevanın müxtəlif illərdə qələmə aldığı, Azərbaycanın və Moskvanın nüfuzlu elmi jurnal və məcmuələrində dərc edilən elmi və publisistik məqalələri öz əksini tapmışdır.
Kitab mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.