Muğam dünyasının Xanı : xatirələr
/ Mustafa Çəmənli
- 288 səhifə ; şəkilli ; 22 sm.
Bu kitabı az qala bir əsrlik salnamə adlandırmaq olar. Onu Azərbaycan musiqi tarixinin ən parlaq səhifələrini əks etdirən qiymətli bir mənbə, dəyərli bir abidə də hesab etmək olar. Çünki bu kitabın hər sətrində ömrünü Azərbaycan musiqi sənətinin inkişafına həsr edən, ifaçılıqda öz yolu, üslubu olan, sənətinə məhəbbəti və bu sənətə xidmət edənlərə böyük ehtiramı ilə seçilən sənətkarların ürək döyüntüsü var. Onu vərəq-vərəq oxuduqca siz əbədiyyətdən gələn ecazkar bir səs eşidəcəksiniz. Bu, millətindən, yaşından asılı olmayaraq hamını ofsunlayan, dərindən-dərin muğamat dünyasına aparan qeyri-adi səsdir. Bu, Xan Şuşinskinin təkrarsız səsidir. 2001-ci ildə Xan Şuşinskinin 100 illiyi münasibətilə qələmə alınmış bu xatirələr kitabında söhbətə cəlb edilmiş sənətkarların həyat və yaradıcılıqlarında son on səkkiz il ərzində xeyli yeniliklər, dəyişikliklər olmuşdur. Buna görə də ensiklopedik tanıtmada zəruri düzəlişlər edilmişdir. Kitaba həmçinin Xan Şuşinskinin həyat və sənət taleyindən bəhs edən yeni bölüm əlavə olunmuşdur.