TY - BOOK AU - Çəmənli,Mustafa AU - Ələkbərqızı,Gülər TI - Muğam dünyasının Xanı : : xatirələr AV - ML420 .Sh93 .C355 2019 PY - 2019/// CY - Bakı PB - Təhsil KW - Şuşinski, Xan, KW - AZ-XaKU KW - Xanəndələr KW - Azərbaycan KW - Həyat və yaradıcılığı KW - Bioqrafiya N1 - Ümumi oxucu kütləsi N2 - Bu kitabı az qala bir əsrlik salnamə adlandırmaq olar. Onu Azərbaycan musiqi tarixinin ən parlaq səhifələrini əks etdirən qiymətli bir mənbə, dəyərli bir abidə də hesab etmək olar. Çünki bu kitabın hər sətrində ömrünü Azərbaycan musiqi sənətinin inkişafına həsr edən, ifaçılıqda öz yolu, üslubu olan, sənətinə məhəbbəti və bu sənətə xidmət edənlərə böyük ehtiramı ilə seçilən sənətkarların ürək döyüntüsü var. Onu vərəq-vərəq oxuduqca siz əbədiyyətdən gələn ecazkar bir səs eşidəcəksiniz. Bu, millətindən, yaşından asılı olmayaraq hamını ofsunlayan, dərindən-dərin muğamat dünyasına aparan qeyri-adi səsdir. Bu, Xan Şuşinskinin təkrarsız səsidir. 2001-ci ildə Xan Şuşinskinin 100 illiyi münasibətilə qələmə alınmış bu xatirələr kitabında söhbətə cəlb edilmiş sənətkarların həyat və yaradıcılıqlarında son on səkkiz il ərzində xeyli yeniliklər, dəyişikliklər olmuşdur. Buna görə də ensiklopedik tanıtmada zəruri düzəlişlər edilmişdir. Kitaba həmçinin Xan Şuşinskinin həyat və sənət taleyindən bəhs edən yeni bölüm əlavə olunmuşdur ER -