Bəhmənli, Vaqif,

Hüseynqulu Sarabski / Vaqif Bəhmənli - 176 səhifə ; şəkilli ; 21.5 sm.

Biblioqrafiya: səh.156

Bu sənədli-publisistik povest səhnə ustadı, müğənni və rejissor Hüseynqulu Sarabskinin "Köhnə Bakı" kitabına daxil olan üç xatirat, eyni zamanda sənətkarın həyat və yaradıcılığına dair digər nəşr və mətbu yazılar əsasında qələmə alınıb.
Hüseynqulu Sarabski Azərbaycan milli incəsənətinin inkişafında misilsiz xidmətlər göstərmiş qüdrətli teatr xadimidir. O, 66 illik çox da uzun olmayan bir ömür civarında qaynar və yorulmaz, peşəkar və istedadlı aktyor, müğənni, rejissor, parlaq üslublu ədib, mədəniyyət təşkilatçısı missiyalarını ləyaqətlə yerinə yetirmişdir. Bu şəxs dahi Üzeyir Hacıbəyli ilə birlikdə milli musiqili teatrın banilərindən olmuş, müğənni-aktyor 30 il ərzində 400 dəfə Məcnun rolunda səhnəyə çıxmışdır. H.Sarabski bir sıra memuarlar, bədii publisistik əsərlər də qələmə almışdır. Bu kitabda xalqımızın yaddaşında qiymətli sənətkar və şəxsiyyət kimi iz qoyan sənət fədaisinin insan və aktyor taleyi, yaradıcılıq yolu sənədli-bədii üslubda təqdim edilmişdir.

Ümumi oxucu kütləsi

9789952517187


Sarabski, Hüseynqulu, 1879 - 1945.


Aktyorlar--Həyat və yaradıcılığı--Azərbaycan


Bibliorafiya

PN2200 .Sa712 .B147 2017