Monoqrafiyada Azərbaycan muğam ifaçılıq sənətinin görkəmli nümayəndəsi, ustad xanəndə və pedaqoq Xan Şuşinskinin ifaçılıq, yaradıcılıq və pedaqoji irsi, onun milli musiqi mədəniyyətinin inkişafındakı rolu, fərdi dəst-xətti və novatorluğundan bəhs edilir.
Monoqrafiya ali və orta ixtisas musiqi məktəblərinin müəllim və tələbələri, eləcə də muğamsevərlər üçün nəzərdə tutulmuşdur.