TY - BOOK AU - Füzuli,Məhəmməd AU - Araslı,Həmid AU - Kərimli,Teymur AU - Güləliyev,Əziz AU - Ağayev,Rövşən AU - Əliyeva,Nərgiz AU - Mürsəlov,Rəvan AU - Məmmədova,Pərvanə TI - Əsərləri: : Altı cilddə T2 - Klassik Azərbaycan ədəbiyyatı SN - 9952418512 AV - PL314 .F9899 .W89256 2005 PY - 2005/// CY - Bakı PB - Şərq-Qərb nəşriyyatı KW - AZ-XaKU KW - Bədii ədəbiyyat KW - Azərbaycan ədəbiyyatı KW - 15-16-cı əsr N1 - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə nəşr olunur və ölkə kitabxanalarına hədiyyə edilir; Bu kitab "Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. II cild" (Bakı, "Azərbaycan" nəşriyyatı, 1996) nəşri əsasında təkrar nəşrə hazırlanmışdır; Lüğət : s. 311-334; Leyli və Məcnun -- Bəngü Badə -- Söhbət ül-əsmar -- Müəmmalar -- Hədisi-ərbəin -- Şikayətnamə -- Məktublar N2 - Orta əsrlər Azərbaycan dilində yüksələn şerin ən uca zirvəsi Füzuli yaradıcılığıdır. Yalnız Azərbaycan xalqının deyil, bütün türk xalqlarının ədəbiyyatına Nəvaidən sonra qüvvətli təsir göstərmiş bu ən böyük sənətkar doğma dilin elə imkanlarını kəşf etmişdir ki, ondan sonra ədəbiyyatımızda fars və ərəb dillərində yazıb-yaratmağa bir ehtiyac qalmamışdır. Azərbaycan şeir dilinin müdrik, qanadı və ibrətli poeziya səviyyəsinə yüksəlməsi üçün tarixi iş görmüş Füzuli ana dilində yaratdığı əsərləri ilə türkcəni də Şərqdə hakim dil səviyyəsinə qaldırmışdır. Duyğu dünyasının sonsuz çalarlarını yaşaya-yaşaya onun türk dilindəki bənzərsiz ifadəsini üzə çıxarmış Füzulinin "Leyli və Məcnun"u - eşq haqqında dastan deyil, eşq məqamına yüksələn, məcnunlaşan şerin özüdür. Bu mövzu şerimizdə Füzuli ilə başlamayıb, amma Füzuli ilə qurtarıbdı. Ölməz bəstəkarımız Üzeyir Hacıbəyli 1908-ci ildə yaratdığı ilk Azərbaycan operasını məhz bu poema üzərində qurmuşdur. Füzuli əsərlərinin təqdim olunan ikinci cildində Şərqin bu ən səmimi, ən həssas şairinin "Leyli və Məcnun"undan başqa alleqorik poemalarından "Bəngü Badə", "Söhbət ül-əsmar", eləcə də ana dilində yazdığı digər əsərləri -müəmmaları, məşhur şikayətnaməsi, məktubları və Ə.Camidən bədii tərcüməsi -"Hədisi-ərbəin" toplanmışdır ER -