Azərbaycan kino salnaməsi
/ Aydın Kazımzadə
- 768 səhifə ; şəkilli 24.5 sm.
I Fəsil. Tammetrajlı və qısametrajlı bədii, televiziya bədii filmləri -- II fəsil. Animasiya filmləri -- III Fəsil. "Mozalan" satirik kinojurnalı -- Bədii filmlərin əlifba göstəricisi -- Animasiya filmlə rin əlifba göstəricisi -- Kinorejissorların adlar göstəricisi
"Azərbaycan kino salnaməsi" ikicildliyi 1898-2018-ci illərdə ölkəmizdə, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında və digər studiyalarda, kino şirkətlərində, televiziya kanallarında istehsal olunmuş bütün növlərdən olan filmlərin filmoqrafiyasını əhatə edir. Mövcud "Azərbaycan kino salnaməsi"nin I cildinə 1898-2018-ci illərdə yaradılmış tammetrajlı və qısametrajlı bədii, televiziya bədii, animasiya filmləri və "Mozalan" satirik kinojurnalının bədii süjetləri daxil edilmişdir. Nəşrdə eyni zamanda "Bədii və animasiya filmlərinin əlifba göstəricisi" və "Kinorejissorların adlar göstəricisi" də verilmişdir. Kinosalnamədə müəllifin və müxtəlif illərdə kino sahəsində çalışan inasanların şəxsi arxivlərində qorunan, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının fotosexində, həmçinin Azərbaycan Dövlət Film Fondunun arxivində saxlanılan fotoşəkillərindən istifadə olunmuşdur.
Bu kitab kino mütəxəssislərinin mədəniyyət, incəsənət, televiziya və dövri mətbuat işçilərinin, kino həvəskarlarının, eləcə də geniş oxucu kütləsinin istifadəsi üçün nəzərdə tutlmuşdur.