Seçilmiş əsərlər
/ Ülviyyə İmanova
- 316 səhifə; şəkilli, 25 sm.
Elmi məqalələr və tezislər -- Musiqi-tənqidi fikir və mülahizələr, Bakı Musiqi Akademiyası və "Musiqi tarixi" kafedrasının musiqi səhifələri, müsahibələr -- Sənətkarların portretləri -- Sənət dostlar, həmkarları və tələbələrinin təbrikləri.
Kitab Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Azərbaycan Respublikasının əməkdar müəllimi, sənətşünaslıq namizədi Ülviyyə İsmayıl qızı İmanovanın 75 illik yubileyinə həsr olunmuşdur. Tədqiqatçı-alimin elmi-publisistik yaradıcılığını işıqlandıran bu kitabda onun tərəfindən müxtəlif illərdə qələmə alınmış və Azərbaycanın aparıcı jurnal və məcmuələrində çap olunmuş elmi-publisistik yazıların əsas hissəsi öz əksini tapmışdır. Musiqili-nəzəri və publisistik yazılarla yanaşı, kitabda cəmləşən elmi əsərlər Azərbaycan musiqiçilərinin portretlərini, eləcə də musiqi həyatımızın mühüm hadisələrini əks etdirir.
Kitab mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.