Dərs vəsaiti Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən nəşr olunan Fərhad Bədəlbəylinin və Tərlan Seyidovun tərib etdikləri "Üzeyir Hacıbəylinin elmi sistemi əsasında milli lad təfəkkürünün inkişafı Proqramı" ( Bakı, 2012) əsasında hazırlanıb. Şagirdlər üçün təqdim olunan çoxcildli dərs vəsaitində Azərbaycan xalq və professioanal muisiqi ilkdəfə lad cəhətdən sistemləşməyə məruz qalır: təhlil olunan və tədris üçün seçilən musiqi janrlarına aid nümunələr yeddi əsas milli lada uyğun səciyyələnib. Dərs vəsaiti Üzeyir Hacıbəyli adında Bakı Musiqi Akademiyasının elmi-eksperimental bazası olan Orta ixtisaslaşdırmış musiqi məktəb-studiyasında hazırlanıb.