Şirəliyev, Məmmədağa, doktor, professor, türkoloq, dilçi, 1909-1991,
Azərbaycan dialektologiyasının əsasları / Məmmədağa Şirəliyev
- Bu kitab "M.Şirəliyev. Azərbaycan dialektologiyasının əsasları" (Bakı, Maarif, 1967) nəşri əsasında təkrar nəşrə hazırlanmışdır.
- 416 səhifə ; cədvəl, 22.5 sm.
Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir.
Ədəbiyyat siyahısı: s. 405-409
Fonetika -- Morfologiya -- Sintaksis -- Leksika.
Kitabda Azərbaycan dialektləri və şivələrinin öyrənilməsi sahəsində görülmüş işlər elmi cəhətdən yekunlaşdırılmış və “Fonetika”, “Morfologiya”, “Sintaksis” və “Leksika” fəsillərinə ayrılmışdır.
Türk dillərinin dialektlərinə dair bu vaxta qədər yazılmış əsərlərdən fərqli olaraq, bu kitabda ilk dəfə təsviri, müqayisəli və tarixi-müqayisəli üsullardan geniş istifadə olunmuş, Azərbaycan dili şivələrinin materialları qədim türk abidələri, müasir türk dilləri və onların dialektləri ilə əlaqədar şəkildə şərh edilmişdir.
Yalnız Azərbaycan dilçiliyi deyil, ümumiyyətlə, türkologiya üçün əhəmiyyətli olan bu kitab ali məktəblərin tələbələri üçün də qiymətli vəsaitdir.