TY - BOOK AU - Hüseynova,Azadə AU - Məlikova,Əminə AU - Abbasova,Naidə AU - İbrahimbəyova,Rəna AU - Əfəndiyev,Toğrul AU - Məmmədhüseyn,Hüseynov AU - Hüseynova,Zümrüd AU - Peart,İan AU - İbrahimova,Səadət ED - BP Azərbaycan şirkəti. TI - Kəlağayı sənəti T2 - Azərbaycan xalq tətbiqi sənəti AV - NK9503.2 .A9 .Ib74 .K27 2018 PY - 2018/// PB - İmak printing house, KW - KW - AZ-XaKU KW - Kəlağayı sənəti KW - Tarix KW - Azərbaycan KW - Albomlar N1 - Azərbaycanın uzunmüddətli etibarlı tərəfdaşı və iri neft-qaz layihələrinin əməliyyatçısı olan BP şirkəti ölkənin həyatının ən mühüm sahələrinə – təhsilə, yerli icmalarda imkanların yaradılmasına, kiçik və orta biznesin inkişafına, ətraf mühitin qorunmasına, xalqın mədəni irsinin və tarixinin təbliğinə, milli idmanın inkişafına öz töhfəsini verməklə Azərbaycanın gələcəyinin möhkəm təməllər üzərində qurulmasında iştirak edir. Bu kitab Azərbaycan xalqının qədim və zəngin mədəniyyətinin, yüksək milli-mənəvi dəyərlərinin və əsrarəngiz mədəni irsinin tədqiqi və təbliği fəaliyyətlərinə BP şirkətinin töhfəsidir. Bu kitab satış üçün nəzərdə tutulmamışdır. Burada ifadə olunan fikirlər “EXPO Org”a məxsusdur və buna görə də “BP”nin rəsmi mövqeyini əks etdirmir. Bütün müəllif hüquqları müəlliflərə məxsusdur; Kitab BP Azərbaycan şirkətinin maliyyə sponsorluğu ilə nəşr olunmuşdur; Biblioqrafiya: səh.218-219; Ümumi oxucu kütləsi N2 - 2014-cü ilin noyabrında YUNESKO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına Azərbaycan xalqına aid daha bir əlamətdar element – "Ənənəvi kəlağayı sənəti və simvolizmi, qadın baş örtüklərinin hazırlanması və istifadəsi” daxil edilmişdir. Bu böyük nailiyyətdə, sözsüz ki, Azərbaycan mədəniyyətinin böyük himayəçisi və fəal təbliğatçısı olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rolu misilsizdir. Xalqımız yaşayır, yaradır – onun tarixi və mədəni irsi hər zaman geniş təbliğ olunmalı, dünyaya, gələcək nəsillərə çatdırılmalıdır. Mehriban xanım çıxışlarının birində demişdir: “Biz azərbaycanlılar öz qədim və zəngin tariximiz və mədəniyyətimizlə fəxr edirik, dünyada Azərbaycanı əsrlər boyu mədəniyyətlərin və sivilizasiyaların qovuşduğu sülhsevər, qədim və bərəkətli bir torpaq kimi tanıtmaq istəyirik”. Diqqətinizə təqdim olunan kitab məhz bu məqsədlərə xidmət edir ER -