Bayramlı, Ramiz Baba oğlu, fizika üzrə fəlsəfə doktoru, dosent, 1982-,

Bərk cisimlərin fizikasının əsasları / Ramiz Bayramlı Baba oğlu, Ülkər Abdurəhmanova Sərdər qızı - 245 səhifə ; şəkil, cədvəl, sxem, fotoşəkil, 21 sm.

Giriş -- I bölüm. Bərk cisimlərin təsnifatı. Kristal qəfəs -- II bölüm. bərk cisimlərin alınma metodları. Defektlər, dislokasiyalar -- III bölüm. Bərk cisimlərin istilik, optik və mexaniki xassələri, -- IV bölüm. Bərk cisimlərin elektrik keçiriciliyi, maqnit xassələri. Yarımkeçiricilər -- V bölmə. Bərk cisimlərin zona nəzəriyyəsi.

Dərs vəsaitində bərk halda olanda maddələrin təsnifatı, sintezi, monokristallarının yetişdirilmə metodları, kristal qəfəsin növləri, bərk cisimlərdə atomlararası kristallik rabitənin növləri izah edilmişdir. Vəsaitdə bərk cisimlərin xassələrinin izahı, zona nəzəriyyəsinin tədqiqi, kristallarda mövcud olan defektlərin öyrənilməsinə geniş yer ayrılmışdır. Bərk cisimlərin elektrik keçiriciliyi, ifrat keçiricilik və onların maqnit xassələrinin də izahı dərs vəsaitində şərh edilib. Praktik əhəmiyyət kəsb edən bəzi bərk maddələrin parametrləri cədvəl şəklində də öz əksini tapmışdır.

Dərs vəsaiti "Bərk cisimlər fizikası" fənni tədris olunan universitetlərdə bakalavr və magistr səviyyələrində təhsil alan tələbələrin istifadəsi üçün nəzərdə tutulub.


Fizika


Dərs vəsaiti

QC21.3 .B345 2025