Quliyev, Rafiq, 1956 - ,

Azərbaycan təsviri sənətində tarix və şəxsiyyət / Rafiq Quliyev ; elmi redaktor: Ziyadxan Əliyev. - 220 səhifə ; şəkilli ; 30.5 sm.

Biblioqrafiya: səh.219.

Geniş ictimaiyyətə təsviri sənətin müxtəlif sahələrinə həsr olunmuş kitabları ilə yaxşı tanış olan rəssam və sənət tədqiqatçısı Rafiq Quliyevin bu kitabı Azərbaycan incəsənətində bu vaxta qədər tədqiq olunmamış bir mövzuya həsr olunub. Hər bir xalqın dünyaya tanıdılmasında önəmli rol oynayan tarixi hadisələrin və bu olayların iştirakçısı olan görkəmli şəxsiyyətlərin həyatının zaman-zaman incəsənətin müxtəlif sahələrində çalışan yaradıcıların yaratdıqları sənət əsərlərinin əsas mövzusu olması danılmazdır. Amma çox təəssüf ki, indiyə kimi tarix və şəxsiyyətləri birləşdirən bu mövzu sənətşünasların diqqət mərkəzindən kənarda qalmışdır. Odur ki, müəllifin bu tədqiqatının yaranmış boşluğun doldurulmasında mühüm rol oynayacağı birmənalıdır. Belə ki, tədqiqatda Azərbaycan təsviri sənətində onun rəngkarlıq, qrafika və heykəltəraşlıq kimi əsas sahələrində tarix və şəxsiyyət mövzusu ilə bağlı yaradılmış müxtəlif janrlı əsərlər xronoloji ardıcıllıqla-qədim dövrlərdən bu günümüzə kimi təhlil olunmuşdur. Mətni müşayiət edən illüstrasiyaların zənginliyi mövzunun əyani qavranılmasına kömək edir.


Ümumi oxucu kütləsi.


aze




Azərbaycan təsviri sənəti--Tarix və şəxsiyyət.


Monoqrafiya.

N6989 .G95164 .Az24 2013