Avropa Nəqliyyat Hüququ
/ Etibar Əliyev : məsləhətçi A.A.Süleymanlı : elmi redaktor Ə.İ.Əliyev
- 48 səhifə; 20,5 sm.
İstifadə edilmiş ədəbiyyat: s.44
Giriş -- 1. Avropa nəqliyyat hüququ Avropa hüququnun müstəqil sahələrindən biri kimi -- 2. Avropa İttifaqında ayrı-ayrı nəqliyyat növlərinin fəaliyyətinin tənzimlənməsi
Azərbaycan Respublikasında ilk dəfə yazılmış bu əsərdə Avropa nəqliyyat hüququna anlayış verilir, onun avtomobil nəqliyyatı hüququ, dəmir yol nəqliyyat hüququ, dəniz nəqliyyat hüququ, daxili su (çay) nəqliyyat hüququ və hava nəqliyyat hüququ kimi institutları fərqləndirilir. Avropa hüququnun tərkibində müstəqil sahələrdən biri olan Avropa nəqliyyat hüququnun nizamasalma predmeti, prinsipləri, mənbələri, subyektləri və s. məsələlərə ətraflı şəkildə toxunulur və onların mahiyyətinə aydınlıq gətirilir.
Kitabdan ali məktəb tələbələri, müəllimlər, hüquqşünaslar, habelə Avropa hüquq elmi sahəsində çalışan mütəxəssislər və praktik işçilər istifadə edə bilərlər.