Təhsil və cəmiyyət : Təhsil və mədəni-intellektual inkişaf
/ Mönsüm Alışov ; məsləhətçi Aydın Əhmədov ; elmi redaktor Ənvər Abbasov, Əbülfət, Pələngov ; rəyçi Mübariz Xəlilov, Nasim Abışov
- II cild.
- 264 səhifə; 21 sm.
Ön söz əvəzi -- Təhsil cəmiyyətin inkişafında ən mühüm təsisatlardan biridir -- Təhsilin idarəedilməsinin müasir demokratik prinsipləri -- Təhsildə nüfuzlu şəxs olan müəllim adını daşımaq şərəfli və məsuliyyətli bir işdir -- Pedaqoji prosesin səmərəliliyi pedaqoji ünsiyyətin düzgün qurulmasından asılıdır -- Azərbaycanda “yaddaş məktəbi”ndən “təfəkkür məktəbi”nə keçilməsi dərslik və dərs vəsaitlərinin düşüncə müstəvisində olmasını tələb edir -- Yeni kurikulumlar – təhsilin məzmununda yeni yanaşmanın təzahürü kimi -- Azərbaycanda təhsil islahatı və şagird nailiyyətlərinin qiymətləndirilməsi sistemi -- Peşəyə maraq, pedaqoji özünütəhsilə tələbat, pedaqoji fəaliyyətə yaradıcı münasibət -- Milli-mənəvi dəyərlərimiz qorunub yaşadılmalı və zənginləşdirilməlidir -- Dövlətin gələcəyi gənc nəslin fiziki və mənəvi sağlamlığından çox asılıdır -- Uşaqları milli və bəşəri ruhda tərbiyə etmək milli məsələ olub -- Valideyn nüfuzu saf niyyətli hərəkət və davranışa, qarşılıqlı hörmət və ehtirama əsaslanmalıdır -- Cəmiyyətdə milli-mənəvi dəyərlərin təbliğində KİV-lərin rolu -- Azərbaycanın təhsil sisteminin Avropa təhsil məkanına inteqrasiyası bir zərurətdir.
Bizim gələcəyimiz təhsillə bağlıdır, milli təhsil quruculuğunda yeniləşmə yeni məzmun və struktur dəyişiklikləri ilə müşayiət olunur. Cəmiyyətin formalaşmasında məktəb birbaşa məsuliyyət daşıyır. Cəmiyyətdə beş əsas fundamental sosial institut var ki, onlardan biri də təhsildir. Təhsilin cəmiyyətin inkişafında böyük rolu var. Milli təhsilimizi inkişaf etdirmək üçün ölkəmizdə əsaslı islahatlar həyata keçirilir. Təlim prosesində hər şey dəyişir, cəmiyyətin tələbi belədir-məktəb, təlim-tərbiyə və təhsilin məzmunu, metodları yeniləşməlidir. Dövlətin təhsil siyasətinə müxtəlif münasibətlər var. Kitab müəllifi də bu münasibətlər kontekstində öz fikir və düşüncələrini oxucuları ilə bölüşür. Kitabda bununla bağlı xeyli dəyərli fikirlər, maraqlı təkliflər var. Problematik məsələ və onların həlli yollarına, təhsil sistemində baş verən yeniliklərə, inteqrasiyaya,müasir təlim metod və texnologiyaların, yeni idarəetmə modelinin yaradılmasına, sağlam məktəb-ailə münasibətlərinə, dərslik siyasətinin bəzi məqamlarına kitabda geniş yer verilib.
Kitab yalnız orta məktəbdə işləyən pedaqoji işçilər üçün deyil, həm də sabahın müəllimi olacaq tələbələr, pedaqoji prosesin iştirakçısı olan valideynlər üçün dəyərli vəsaitdir.