Müasir Azərbaycan dili: Leksika. II hissə
/ Səlim Cəfərov
- 3-cü nəşr
- 192 səhifə ; 22 sm.
Kitab Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə nəşr olunub.
Biblioqrafiya səh. 187-189
Giriş -- Leksikologiya -- Söz və onun mahiyyəti -- Forma və məzmunca söz qrupları -- Müasir Azərbaycan ədəbi dilinin mənşə etibarilə lüğət tərkibi -- Müasir Azərbaycan dilinin aktiv və passivliyinə görə lüğət tərkibi -- Müasir Azərbaycan dilinin istifadə dairəsinə görə leksikası -- Müasir Azərbaycan dilinin üslubca leksikası -- Müasir Azərbaycan dilinin frazeologiyası -- Leksikoqrafiya -- II. Söz yaradıcılığı -- Leksik yolla söz yaradıcılığı -- Morfoloji yolla söz yaradıcılığı -- Sintaktik yolla söz yaradıcılığı.
Dərslik iki hissədən ibarətdir. Birinci hissədə - "Leksikologiya" bəhsində leksikologiyanın məqsədi və vəzifələri, müasir Azərbaycan dilinin lüğət tərkibi, leksikası, idiom və ibarələri, leksikoqrafiyası və s. izah olunur. İkinci hissə "Söz yaradıcılığı" bəhsidir ki, burada leksik, morfoloji və sintaktik yolla düzələn söz yaradıcılığından, o cümlədən ad, fel, zərf şəkilçiləri və s. haqqında geniş məlumat verilir.
Ali məktəblərin filologiya fakültələrinin müəllimləri və tələbələri üçün nəzərdə tutulmuşdur.