Fortepiano alətində ifaçılıq təlimi : dərslik / Sonaxanım İbrahimova
Material type:
TextLanguage: Azerbaijani Bakı: ADMİU-nun mətbəəsi, 2014Description: 165 səhifə ; 29 smContent type: - text
- unmediated
- volume
- MT220 .Ib7 .P573 2014
| Cover image | Item type | Current library | Home library | Collection | Shelving location | Call number | Materials specified | Vol info | URL | Copy number | Status | Notes | Date due | Barcode | Item holds | Item hold queue priority | Course reserves | |
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| Book | Karabakh University Art Library | Fine Arts Collection | MT220 .Ib7 .P573 2014 (Browse shelf(Opens below)) | 1 | Available | 0000001021 |
Biblioqrafiya: səh.161-164
Dərsliyin məzmunu, tələbənin bacarıq və vərdişlərinin mənimsənilməsi vasitəsi ilə dünya görüşlərinin genişləndirilməsi məqsədi daşıyır. Fortepiano aləti özünün geniş imkanlarına görə simfonik orkestr ilə müqayisə olunur. Bu da tələbələrin dünya musiqi ədəbiyyatının müxtəlif dövr, üslub və cərəyanları ilə tanış olaraq, musiqi nəzəriyyəsinin əsaslarına yiyələnməyə, səhnə mədəniyyətinin, bədii zövq və estetik şüurun təkmilləşməsinə dəlalət edir.
Qarşıya qoyulan bu məqsədə görə müəllif fənn proqramına uyğun olaraq, fortepiano ifaçılığının, musiqi-nəzəri biliklərin mənimsənilməsi üçün geniş tədris materialı toplayıb, sistemləşdirmişdir.
Müəllif tələbələri musiqi incəsənəti əsasları ilə tanış edərkən, öz fikirlərini düzgün, inandırıcı, sadə və anlaşıqlı şəkildə ifadə edir.
Bu məqsədlə üç əsas bölmə nəzərdə tutulub:
Fortepiano alətində ifaçılıq.
Musiqi-nəzəri biliklər.
Dünya musiqi ədəbiyyatı ilə tanışlıq.
Göstərilən bu üç bölmə bir-biri ilə əlaqəlidir: Azərbaycan və dünya klassik bəstəkarlarının musiqi əsərlərinin dinlənilməsi, ifası, oxunması.
Bütün bunlar müəllif tərəfindən nəzərə alınaraq mövzu üzrə materialların paralel tədrisinin mümkünlüyünü isbat edir.
İfa olunan əsərlər də, musiqi dinləyişi üzrə materiallar da tələbənin yaş xüsusiyyətlərinə uyğun olaraq seçilmişdir. Müəllif mümkün qədər rəngarəng musiqi nümunələrindən - dünya musiqi ədəbiyyatından, Azərbaycan xalq musiqisindən və bəstəkar əsərlərindən nümunələr göstərməyə çalışmışdır.
Tədris olunan bu dərslik musiqi sənəti sahəsində bilik və bacarıqların inkişaf etdirilməsinə zəmin yaradaraq, praktiki (ifaçı) və musiqi-nəzəri fəaliyyətin əməkdaşlığını təmin edir.
"Fortepiano alətində ifaçılıq təlimi" fənni üzrə tərtib olunmuş dərslik Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Aktyor sənəti" ixtisasından bakalavr dərəcəsi alan tələbələr ücün nəzərdə tutulmuşdur. Kurs 30 mövzudan ibarət olaraq öyrənilməsinə 90 təlim saatı ayrılır.
There are no comments on this title.